RU

Bəzi əmlakların leqallaşdırılması mümkün deyil Əmlak eksperti

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Elə əmlaklar da var ki, gələcəkdə leqallaşdırılması mümkün deyil. Xüsusi mühafizə olunan zolaqlarda, kommunikasiya xətlərinin, magistral və dəmir yollarının 60 metrliyində, meşə zolaqlarında, çay və göl kənarlarında, eləcə də qanunla icazə verilməyən digər ərazilərdə tikilən evlər bu kateqoriyaya daxildir ki, onların leqallaşması mümkün olmayacaq”. 

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bunu 525.az-a bildirib. O vurğulayıb ki, sözügedən tikililərin əksəriyyətində elektrik xətti mövcuddur və onlar abonent kimi qeydiyyata alınıb. Qaz və kanalizasiya xətlərinin olmadığı hallar mövcud olsa da, elektrik təminatının yaxın dövrdə dayandırılması ehtimalı azdır:

“Fikrimcə, zamanla bu problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülə bilər. Praktikada bunun nümunələri də var”.

Sevinc Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
525.az

1Источники