RU

Azərbaycanda dollarla bağlı vacib PROQNOZ

Hazırda ölkəmizdə dolların məzənnəsinin dəyişməsi üçün hər hansı təhlükə yoxdur və məzənnə Azərbaycan Mərkəzi Bankının birbaşa nəzarəti altındadır.

Bunu Milli.Az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.

Onun sözlərinə gör, məzənnə ilə bağlı qərarlar Azərbaycan Mərkəzi Bankının öz mülahizələrinə əsasən verilir.

"Hazırda ölkədə makroiqtisadi göstəricilər sabitdir, Mərkəzi Bankın və Neft Fondunun valyuta ehtiyatları kifayət qədər yüksəkdir. Öökənin xarici borclanması sabit olub. Bu il isə borclanmaya gedilməsi nəzərdə tutulur. Digər tərəfdən, neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan səviyyədə olsa da, hasilatın azalması səbəbindən neft sektorundan əldə olunan gəlirlər aşağı düşüb. Qeyd olunur ki, əgər bu il azalan gəlirlər qeyri-neft sektoru hesabına kompensasiya olunmasa və valyuta daxilolmaları düzgün tənzimlənməsə, müəyyən risklər yarana bilər. Bu risklər əsasən dünya bazarlarında neft qiymətlərindən asılıdır. Ölkənin əsas ixrac məhsulları neft və qazdır".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Ayxan
Milli.Az

.

Избранный
2
6
milli.az

7Источники