RU

Musiqiçi oğluna 521 dildə mahnı yazıb

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Danimarkalı musiqiçi Filip Hallun oğlunun ad günü münasibətilə ona 521 dildə "Səni sevirəm" sözlərindən ibarət olan mahnı bəstələyib və bununla Ginnesin dünya rekordunu yeniləyib.

Reyting.az xatırladır ki, bundan əvvəlki rekord 2024-cü ildə 398 dil ilə qeydə alınmışdı.

"I Love You" adlı mahnını ata bir yaşını qeyd edən oğlu Uilyama həsr edib. Mahnı mətnində istifadə edilən 521 rəqəmi xüsusi məna daşıyır, çünki bu rəqəm Filip Hallunun uşağının doğum tarixinə, yəni 21 maya işarədir.

Musiqiçi yad dillərdə düzgün tələffüz üçün müxtəlif mənbələrdən, eyni zamanda musiqi alətlərindən istifadə edib.

Filip Hallun deyib ki, onun yeganə məqsədi oğluna olan sevgisini bütün dillərdə ifadə etmək və ömür boyu unudulmayacaq xoş bir xatirə yaratmaqdır.

Danimarkalı musiqiçinin öz övladına qeyri-adi hədiyyəsi artıq qaydalara uyğun şəkildə dünya rekordları tarixinə düşməklə tam təsdiqlənib və bununla da Filip Hallun Ginnesin Rekordları Kitabına öz adını yazdırıb.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
reyting.az

1Источники