RU

Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycan nəqliyyat sahəsindəki təcrübəsini bölüşüb  

Fransada Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Korporativ Tərəfdaşlıq Şurası Həftəsi keçirilib. Açılış tədbirində çıxış edən BNF-nin Baş katibi Yunq Ta Kim dayanıqlı nəqliyyat sistemlərinin formalaşmasında tərəfdaşlığın həlledici rolundan danışıb. Azərbaycanın Foruma prezidentlik dövründə daha yaxşı əlaqələndirilmiş dünyaya töhfə vermək istədiyini yüksək qiymətləndirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ölkəmizin BNF-yə prezidentliyi çərçivəsində mühüm təşəbbüslərlə çıxış etdiyini vurğulayıb. Bildirib ki, rəqəmsal bağlantı və şəhər nəqliyyatının inkişafı üzrə siyasət tövsiyəsi hazırlanıb, qlobal platformalarda fəal iştirak təmin olunur, həmçinin prezidentliyin BNF tədqiqat platformalarına töhfəsi artır.

RİNN-in Parisə ezam olunan nümayəndəsi Əliş İsmayılov qeyd edib ki, müasir dövrdə dayanıqlı nəqliyyat həm infrastruktura, həm də idarəetmə, koordinasiya, məlumat və etimada əsaslanır. O, ölkəmizdə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətindən də danışıb. Nəqliyyatı Əlaqələndirmə və Tranzit Yükdaşımalar üzrə Koordinasiya şuralarının, “AZCON Holding”-in yaradılmasının bu baxımdan mühüm mexanizm olduğunu vurğulayıb.

Azərbaycan, həmçinin “Dayanıqlı nəqliyyatın idarə edilməsi” adlı paneldə təmsil olunub. Korporativ Tərəfdaşlıq Şurası Həftəsində fəal iştirak ölkəmizin nəqliyyatın gələcəyi üçün dialoq və əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu bir daha nümayiş etdirir.

Избранный
23
6
azerbaijan-news.az

10Источники