RU

Ərdoğan Nazirlər Kabinetinin iclasını çağırdı –İrana hucum təhdidləri müzakirə olunur

ABŞ-ın İrana potensial hücumu ilə bağlı vəziyyət bazar ertəsi günü Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək Türkiyə Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq.

AzPost bildirir ki, bu barədə Türkiyənin diplomatik mənbələrindən RİA Novosti agentliyinə bildirilib.

“Nazirlər Kabinetinin iclasında ABŞ-ın İrana hücum təhdidləri, eləcə də regiondakı son hadisələr müzakirə olunacaq. Türkiyənin hərbi müdaxiləyə qarşı çıxmaq və diplomatiya və dialoqu dəstəkləmək mövqeyi bir daha təkrarlanacaq”-deyə mənbə vurğulayıb.

Bu kontekstdə nazirlər İranın xarici işlər naziri Abbas Araqçının həftəsonu İstanbula etdiyi son səfərinin, xarici işlər naziri Hakan Fidan və Türkiyə prezidenti ilə görüşlərinin, eləcə də Ərdoğanın ABŞ və İran prezidentləri ilə telefon danışıqlarının nəticələrini nəzərdən keçirəcəklər.

Daha əvvəl “Axios” mənbələrə istinadən bildirib ki, Türkiyə, Misir və Qətər gələn həftə Ankarada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın yüksək vəzifəli rəsmiləri arasında görüş təşkil etmək üzərində işləyirlər. Türkiyə paytaxtındakı mənbə RİA Novosti agentliyinə bildirib ki, Türkiyə tərəfi Vitkoff və İran nümayəndələri arasında Ankarada mümkün görüşə hazırlıq barədə konkret məlumata malik deyil.

AzPost.az

Избранный
4
2
azpost.info

3Источники