RU

Çində dörd cinayətkar edam edildi

Çin hakimiyyəti narkotik qaçaqmalçılığı və adam oğurluğunda təqsirli bilinən dörd caninin barəsində ölüm hökmü çıxarıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Edam hökmü Quanqun bölgəsinin cənubundakı Şençjen şəhərində icra olunub.

İstintaqa görə, cinayətkarlar qəsdən adam öldürmə, bədənə xəsarət yetirmə, fırıldaqçılıq, qumarxana və fahişəxana təşkil etmək kimi cinayətlər törədiblər.

Rəsmi hesablamalarda bildirilir ki, Myanmada cinayətkar şəbəkələrlə əlaqəli fırıldaqçılar tərəfindən qanunsuz yolla əldə edilən vəsaitin məbləği 29 milyard yuanı (Çin Mərkəzi Bankının hazırkı məzənnəsi ilə təxminən 4.2 milyard dollar - red.) keçib. Bu şəxslər həmçinin təxminən 11 ton metamfetaminin istehsalı və satışı ilə də əlaqəlidirlər.

Çində narkotiklə bağlı qanunlar sərtdir. 50 qramdan çox heroin istehsal edən və satanlara qarşı maksimum ölüm cəzası tətbiq olunur. Yerli hakimiyyət həmçinin qətl törədən və ya insan alveri ilə məşğul olanlara qarşı da ən sərt cəzalar tətbiq edir.
Избранный
19
7news.az

1Источники