RU

Qarabağ gəncləri Konstitusiya Kuboku uğrunda yarışdı

Argentina yığmasının və “İnter Mayami” klubunun ulduzu Lionel Messi “Qalatasaray”a keçə bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə futbol şərhçisi Levent Tüzemen məlumat verib. 

O bildirib ki, Messi İstanbul klubuna gəlmək niyyətindədir. Lakin bunun üçün o müxtəlif şərtlər irəli sürüb: “Messi “Qalatasaray”la sadəcə 12 oyunluq müqavilə imzalamaq istəyir. Həmçinin o, səfər matçlarına getmək istəmir. Yalnız İstanbulda oynanamaq fikrindədir. Bunlara “Qalatasaray” razılaşsa, müqavilə imzalanacaq”. 

Qeyd edək ki, hazırda ABŞ çempionatında fasilədir. Messi isə Argentina yığması ilə dünya çempionatına gedəcəyi üçün futbolsuz qalmaq istəmir. Bu səbəbdən onun hansısa komanda ilə anlaşacağı deyilir. 

"Cebheinfo.az"

Избранный
9
cebheinfo.az

1Источники