RU

Ramin Bayramlı uzun müddət sonra üzə çıxdı - FOTO

TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddət sonra yenidən ictimaiyyət arasında görünüb.

"Unikal"ın məlumatına görə, o, bir neçə gün əvvəl Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyətinin yeni tərkibdə ilk iclasını keçirib. Qeyd edək ki, R.Bayramlı sözügedən ictimai birliyin sədridir. Sabiq TƏBİB rəhbəri uzun müddət idi ki, ictimaiyyət arasında görünmürdü.

Xatırladaq ki, R.Bayramlı 2019-cu ildə TƏBİB-in sədri vəzifəsinə təyin olunmuşdu. 2021-ci ilin sentyabrında isə o, istefa verərək işdən ayrılıb.

Murad İbrahimli

Избранный
4
1
unikal.az

2Источники