RU

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” olan qaydalara dəyişiklik edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli qanuna əsasən, 2026-cı il fevralın 1-dən etibarən ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirən yeni qaydalar qüvvəyə minir.

Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qanunvericiliyə edilən dəyişikliklərə əsasən:

“Tarix və mədəniyyət abidələri” sözləri “mədəni sərvətlər” sözləri ilə əvəz edilərək anlayışlarda dəqiqləşdirilmə aparılmış;

Beynəlxalq təcrübə nəzərə alınaraq daşınar və daşınmaz mədəni sərvətlərə qarşı törədilən cinayətlərin xarakteri və tətbiq olunan cəzalar fərqləndirilmiş;

Mədəni sərvətlərə münasibətdə “korlama” və “məhv etmə” əməllərinin və mütənasib olaraq həmin əməllərə görə tətbiq edilən cəzalar fərqləndirilmiş;

Избранный
15
3
publika.az

10Источники