RU

Snup Doqqun 10 aylıq nəvəsi öldü - FOTO

Məşhur amerikalı reper Snoup Doqqun qızı Cori Broadus 10 aylıq qızı Codi Dreauksunu itirib.

Milli.az xəbər verir ki, bu haqda 26 yaşlı Cori özü məlumat yayıb.

O, körpəsini qucağında saxladığı fotoşəkli yayımlayaraq "Bazar ertəsi həyatımın sevgisini itirdim. Mənim Codim" sözlərini qeyd edib.

Corinin nişanlısı Uayne Deus da sosial şəbəkədə paylaşım edərək qızının vəfatı ilə bağlı kədərini ifadə edib. 

Qeyd edək ki, Snup Doqqun ən kiçik övladı və yeganə qızı olan Cori daha əvvəl sosial şəbəkədə etdiyi paylaşımda körpəsinin vaxtından üç ay əvvəl dünyaya gəldiyini açıqlamışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
2
1
milli.az

2Источники