RU

Bakıda daha bir yolayrıcına sarı tor çəkildi FOTO

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bakıda daha bir yolayrıcına "sarı tor" çəkilib.Demokrat.az xəbər verir ki, sözügedən xətlər Azadlıq prospektinin Rəsulzadə qəsəbəsi istiqamətində çəkilib. Hansı ki, bu hissədə günün çox vaxt tıxac müşahidə olunur.Yol hərəkətinin təşkilində tətbiq edilən bu yenilik kəsişmələrdə nəqliyyatın hərəkət intensivliyini tənzimləmək və süni tıxacların qarşısını almaq məqsədi daşıyır. Sözügedən nişanlanma xətti sürücülər arasında "sarı tor" və ya "vafli" nişanlanması kimi tanınır və beynəlxalq təcrübədə özünü doğrultmuş bir üsuldur.Bu nişanlanma xəttinin əsas funksiyası kəsişmə sahəsinin təmiz saxlanılmasını təmin etməkdir. Qaydalara əsasən, əgər kəsişmədən sonra tıxac yaranıbsa və sürücünün daxil olması digər istiqamətdən gələn nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədəcəksə, həmin əraziyə daxil olmaq qəti qadağandır. Hətta işıqforun yaşıl işığı yansa belə, sürücü "sarı tor"un daxilində dayanmamalı, kəsişmənin çıxışında boş yer olduğuna əmin olduqdan sonra hərəkət etməlidir. Bu qaydanın pozulması inzibati məsuliyyət yaradır və elektron protokollar vasitəsilə qeydə alınır.Qeyd edək ki, "sarı tor"un cəriməsi 100 manat, 3 baldır.İslam

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
demokrat.az

1Источники