RU

Rəqəmsallaşan dövlət qurumları

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müxtəlif sahələrin rəqəmsallaşdırılması üzrə 25 dövlət qurumu ilə birgə ümumilikdə 17 yol xəritəsi hazırlanıb.

Modern.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2025-ci ilin yekunlarına dair Mətbuat Konfransında Agentliyin İdarə heyətinin sədri Fərid Osmanov deyib. 

O bildirib ki, Agentlik tərəfindən rəqəmsal inkişaf arxitekturasının formalaşdırılması istiqamətində sistemli və mərhələli işlər həyata keçirilib. 

F.Osmanovun sözlərinə görə, yol xəritələri dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsinə, xidmətlərin daha əlçatan və səmərəli şəkildə təşkilinə xidmət edir.

Sədr əlavə edib ki, hazırlanan yol xəritələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Səhiyyə Nazirliyi (SN), TƏBİB, Elm və Təhsil Nazirliyi (ETN), Kənd Təsərrüfatı Nazirliyi (KTN), Ədliyyə Nazirliyi (ƏN), Dövlət Miqrasiya Xidməti (DMX), Dövlət Məşğulluq Agentliyi (DMAA), Daxili İşlər Nazirliyi (DİN), İcbari Sığorta Bürosu (İSB), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İqtisadiyyat Nazirliyi (İKTA), Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Dövlət Dəniz və Liman Administrasiyası (DDLA), Energetika Nazirliyi (ETX), Fövqəladə Hallar Nazirliyi (FHN), eləcə də kommunal və əmlak sahəsi üzrə və DSK xətti ilə rəqəmsallaşma istiqamətlərini əhatə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
modern.az

2Источники