RU

Cinayətdə şübhəli bilinən 99 nəfər saxlanıldı

Yanvarın 31-də və fevralın 1-də ölkə ərazisində qeydə alınan 103, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.
 
Избранный
18
49
moderator.az

10Источники