RU

Bugünkü ağır tıxacın səbəbi bilindi

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Məktəblilərin qış tətilinin sona çatması və dərslərin bərpası ilə paytaxtın əsas küçə və prospektlərində hərəkət intensivliyi pik həddə çatıb.Demokrat.az saytı xəbər verir ki, təhsil müəssisələrinin fəaliyyətə başlaması nəqliyyatın hərəkətində ciddi ləngimələrə səbəb olub və Bakı yollarında uzunmüddətli tıxaclar müşahidə edilir.Səhər saatlarından etibarən paytaxtın demək olar ki, bütün əsas yollarında avtomobillərin sıxlığı qeydə alınıb. Xüsusilə məktəb və bağçaların yerləşdiyi ərazilərdə valideynlərin şəxsi nəqliyyat vasitələrindən aktiv istifadə etməsi mövcud vəziyyəti daha da gərginləşdirib. Heydər Əliyev prospekti, Ziya Bünyadov prospekti, "20 Yanvar" dairəsi və mərkəzi küçələrdə sürücülər mənzil başına çatmaq üçün saatlarla vaxt itirməli olurbar. Bu vəziyyət təkcə sürücülər üçün deyil, həm də ictimai nəqliyyatın hərəkət qrafiki üçün böyük çətinliklər yaradıb. Avtobusların intervalında yaranan gecikmələr dayanacaqlarda sərnişin sıxlığının artmasına gətirib çıxarıb.Bu vəziyyətin hər tətil sonrası təkrarlanması şəhər infrastrukturunun və nəqliyyat idarəetməsinin həssas olduğunu nümayiş etdirir. Bakı kimi meqapolisdə təhsil prosesinin nəqliyyat yükünə təsiri qaçılmaz olsa da, bu cür kütləvi ləngimələr gündəlik iş rejimini pozur və stressə səbəb olur.Hazırda müvafiq qurumlar tərəfindən hərəkətin tənzimlənməsi istiqamətində işlər görülsə də, sıxlıq günün müxtəlif saatlarında davam edir. Paytaxt sakinlərinin tıxacda qalmamaları üçün ictimai nəqliyyatdan, xüsusilə metrodan istifadə etmələri və alternativ yollara üstünlük vermələri tövsiyə olunur.İslam

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
demokrat.az

1Источники