“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem zədə səbəbindən bir müddət komandaya kömək edə bilməyəcək.
Msport.az xəbər verir ki, Madrid təmsilçisinin rəsmi açıqlamasına əsasən, ingilis futbolçuya sol ayağın yarımquru əzələsindən zədə diaqnozu qoyulub.
22 yaşlı oyunçunun bərpası təxminən bir ay vaxt aparacaq. Bellingem zədəni La Liqanın 22-ci turunda “Rayo Valyekano” ilə oyunda alıb. Fevralın 1-də keçirilən və “Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə yarımmüdafiəçi 10-cu dəqiqədə əvəzlənib.
Bu mövsüm Cud Bellingem bütün turnirlərdə 27 matçda iştirak edib, altı qol vurub və dörd məhsuldar ötürmə edib.