RU

myGov platformasında istifadəçi sayı 2,4 milyona çatıb

“2025-ci il üzrə göstəricilər myGov platformasına marağın və istifadə intensivliyinin əhəmiyyətli dərəcədə artdığını göstərir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Fərid Osmanov deyib.

Onun sözlərinə görə, 2025-ci il ərzində myGov platformasında istifadəçi sayı mərhələli şəkildə artaraq 2,4 milyona çatıb. Aktivlik əmsalı (DAU/MAU) üzrə göstərici 96 faiz təşkil edib ki, bu da platformadan istifadə səviyyəsinin yüksək olduğunu göstərir.

Sədrin sözlərinə görə, xidmət və sənədlərdən istifadə göstəricilərində də ciddi artım qeydə alınıb. Sənəd istifadəsi əvvəlki illə müqayisədə 2,4 dəfə, xidmət istifadəsi isə 17 dəfə artıb. Platforma üzərindən təqdim olunan xidmətlərin sayı və əhatə dairəsi genişləndirilib:

“myGov-da ən çox istifadə olunan xidmətlər sırasında myGov ID, rəqəmsal sənədlər, rəqəmsal razılıq, əmək müqaviləsinin imzalanması, mobil cihazların qeydiyyatı, arayışlar, etibarnamələr, dövlət qurumlarına rəsmi məktub göndərilməsi, kommunal xidmətlər və ödənişlər yer alır”.

Zeynəb Rzayeva

Избранный
38
bakivaxti.az

1Источники