RU

İngiltərənin sabiq Vaşinqton səfiri Epstein əlaqələrinə görə Leyboristlər Partiyasından istefa verdi

İngiltərənin ABŞ-dəki sabiq səfiri Lord Piter Mandelson, azyaşlı qızların cinsi istismarı məqsədilə fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan və həbsxanada ölü tapılan amerikalı milyarder Ceffri Epşteynlə əlaqələrinə dair yeni iddialardan sonra Leyboristlər Partiyasının üzvlüyündən istefa edib.

Editor.az xəbər verir ki, sabiq nazir və səfir Mandelson Leyboristlər Partiyasının baş katibinə ünvanladığı istefa məktubunda Epşteynlə bağlı əlaqələrinin yenidən gündəmə gətirilməsi fonunda “daha çox utanc yaratmaq istəmədiyini” bildirərək partiya sıralarından ayrılmaq qərarı verdiyini qeyd edib.

Piter Mandelson məktubunda, 20 il əvvəl onunla əlaqələndirilən və özünün xatırlamadığı, yaxud qeydə almadığı iddia edilən maliyyə ödənişləri ilə bağlı, doğru olduğuna inanmadığı ittihamlarla yenidən üz-üzə qaldığını bildirib və bu məsələlərin araşdırılmasının vacibliyini vurğulayıb.

Bu prosesdə Leyboristlər Partiyasına zərər vermək istəmədiyini qeyd edən Mandelson məhz bu səbəbdən partiya üzvlüyündən istefa etdiyini açıqlayıb.

Mandelson əlavə edib:

“Sesləri çox daha əvvəl eşidilməli olan qadınlar və qızlar üçün bir daha üzr istəmək istəyirəm”.

//Gülnarə Abasova, Editor.az

Избранный
11
editor.az

1Источники