RU

Zelenski Əbu-Dabi görüşü haqda: Nəyə ümid edir?

Ukrayna Prezidenti Vladimir Zelenski Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli danışıqların yeni mərhələsinə hazırlıq barədə danışıb.

Publika.az xəbər verir ki, Zelenski bildirib ki, bazar ertəsi günü görüşün formatını müəyyən etmək üçün toplantı keçirəcək və Ukrayna danışıqlar qrupu axşam yola çıxacaq.

Ukrayna tərəfinin məlumatına görə, danışıqların çərşənbə və cümə axşamı günləri keçirilməsi planlaşdırılır.

“Biz Amerika tərəfinin proaktiv olacağını gözləyirik. Çox şey Amerika tərəfinin insanların həm prosesə, həm də nəticələrə etibar etməsini təmin etmək üçün nə edə biləcəyindən asılıdır”, - deyə Zelenski bildirib.

Избранный
3
1
publika.az

2Источники