RU

Cəlilabadda qardaşı qızını öldürən şəxslə bağlı cinayət işi başlanıldı

Bakı.Trend:

Fevralın 1-də Cəlilabad rayonu sakinləri, yetkinlik yaşınaçatmamış D.V və C.V-nin müxtəlif dərəcəli bədən xəsarətləriləxəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlərnəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumatdaxil olub.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, ilkin araşdırma zamanı cinayətin 1977-ci iltəvəllüdlü Ə.Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələrmüəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda CinayətMəcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (ikişəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işibaşlanıb, Ə.Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxsqismində tutulub.

İbtidai istintaq davam edir.

Məqalədə:
Избранный
11
22
az.trend.az

10Источники