RU

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində keçirilən tədbirdə nəqliyyat sahəsindəki təcrübəsini bölüşdü (FOTO)

Bakı. Trend:

Fransada Beynəlxalq Nəqliyyat Forumunun (BNF) KorporativTərəfdaşlıq Şurası Həftəsi keçirilib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən(RİNN) məlumat verilib.

Bildirilib ki, açılış tədbirində çıxış edən BNF-nin Baş katibiYunq Ta Kim dayanıqlı nəqliyyat sistemlərinin formalaşmasındatərəfdaşlığın həlledici rolundan danışıb. Azərbaycanın Forumaprezidentlik dövründə daha yaxşı əlaqələndirilmiş dünyaya töhfəvermək istədiyini yüksək qiymətləndirib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ölkəmizinBNF-yə prezidentliyi çərçivəsində mühüm təşəbbüslərlə çıxışetdiyini vurğulayıb. Bildirib ki, rəqəmsal bağlantı və şəhərnəqliyyatının inkişafı üzrə siyasət tövsiyəsi hazırlanıb, qlobalplatformalarda fəal iştirak təmin olunur, həmçinin prezidentliyinBNF tədqiqat platformalarına töhfəsi artır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Parisə ezam olunannümayəndəsi Əliş İsmayılov qeyd edib ki, müasir dövrdə dayanıqlınəqliyyat həm infrastruktura, həm də idarəetmə, koordinasiya,məlumat və etimada əsaslanır. O, ölkəmizdə nəqliyyatın ayrı-ayrınövlərinin koordinasiyalı fəaliyyətindən də danışıb. NəqliyyatıƏlaqələndirmə və Tranzit Yükdaşımalar üzrə Koordinasiyaşuralarının, AZCON Holdinqin yaradılmasının bu baxımdan mühümmexanizm olduğunu vurğulayıb.

Azərbaycan həmçinin “Dayanıqlı nəqliyyatın idarə edilməsi” adlıpaneldə təmsil olunub.

Qeyd olunub ki, Korporativ Tərəfdaşlıq Şurası Həftəsində fəaliştirak ölkəmizin nəqliyyatın gələcəyi üçün dialoq və əməkdaşlığıngücləndirilməsində maraqlı olduğunu bir daha nümayiş etdirir.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
18
6
az.trend.az

10Источники