RU

Hindistan Banqladeşə maliyyə yardımını yarıya endirdi

Hindistan yeni maliyyə ili üçün xarici yardım proqramını əhəmiyyətli dərəcədə yenidən nəzərdən keçirərək Banqladeşə yardımını yarıya endirib. 

Bakıvaxtı.az xəbər verir ki, 1 apreldə başlayan qarşıdan gələn maliyyə ili üçün büdcə layihəsi artıq təsdiqlənib.

Banqladeşin maliyyə yardımı ildə 13 milyon dollardan 6,5 milyon dollara endirilib.

"India Today" qəzeti qeyd edir ki, bu addım qonşu ölkədə artan anti-hindu hadisələr və qətllər ilə bağlı xəbərlər fonunda Hindistan-Banqladeş ikitərəfli münasibətlərində artan gərginliyə görədir. 

Həmçinin qeyd olunur ki, Hindistan ötən il Banqladeşə 13 milyon dollar ayırsa da, gərgin münasibətlərə görə ayrılan məbləğin cəmi 3,7 milyon dolları xərclənib.

Aynur Babazadə

Избранный
2
1
bakivaxti.az

2Источники