RU

Dmitri Medvedevdən Qrenlandiya açıqlaması - Trampı günahlandırdı

“Rusiya və Çin tərəfindən Qrenlandiyaya heç bir real təhlükə mövcud deyil”.

“Yeni Sabah” TASS-a istinadən xəbər verir ki, Rusiyanın keçmiş Prezidenti, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedev ada ətrafında yaranmış vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu risklər uydurmadır və ABŞ Prezidenti Donald Tramp tərəfindən siyasi ritorikanı əsaslandırmaq üçün istifadə olunur.

D.Medvedev qeyd edib ki, Qrenlandiya məsələsində hadisələr daha sakit ssenari üzrə inkişaf edə və NATO daxilində hərbi qarşıdurmaya səbəb olmaya bilər.

Eyni zamanda o vurğulayıb ki, Rusiya qlobal münaqişənin qızışdırılmasında maraqlı deyil və xüsusi hərbi əməliyyatın başlanmasını da istəməyib.

D.Medvedevin sözlərinə görə, Moskva bu qərardan əvvəl Qərb və NATO ölkələrini dəfələrlə xəbərdar edib və təhlükəsizlik maraqlarının nəzərə alınmasını tələb edib.


Telegram kanalımız
Избранный
5
yenisabah.az

1Источники