Abşeronda qadın dəm qazından zəhərlənərək ölüb.
Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Aşağı Güzdək qəsəbəsində baş verib.
Həmin ərazidəki evdə yaşayan E.Seyidova hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.