RU

Putinin adı Epşeyn işində - Pedofil Putinin sərvətini idarə edib?..

ABŞ Ədliyyə Nazirliyinin məxfilikdən çıxardığı sənədlərdə Epşteyn Putinin sərvətinin idarəçisi kimi təqdim olunur...

ABŞ Ədliyyə Nazirliyinin Ceffri Epşteyn işi üzrə məxfilikdən çıxardığı yeni sənədlərdə amerikalı maliyyəçi Rusiya prezidenti Vladimir Putinin “sərvətinin idarəçisi” kimi təqdim olunur.

Poliqon xəbər verir ki, bu məqama “Agentstvo” nəşri diqqət çəkib.

Söhbət 27 noyabr 2017-ci il tarixli, Federal Təhqiqatlar Bürosunun (FTB) məxfi mənbənin ifadələri əsasında hazırladığı hesabatdan gedir. Həmin sənəddə qeyd olunur ki, Epşteyn oxşar maliyyə və vasitəçilik xidmətlərini vaxtilə Zimbabveyə rəhbərlik etmiş Robert Muqabeyə də göstərib. Ümumilikdə açıqlanan yeni sənədlər paketində Putinin adı 1055 dəfə, “Rusiya” sözü isə 5876 dəfə çəkilir.

Materiallarda Epşteynin Putinlə mümkün görüşləri müzakirə etdiyi yazışmalar da yer alır. Belə ki, 2010-cu ilin oktyabrında göndərilən məktublardan birində Epşteyndən soruşulub: “Putin sizin yaxtanızda olubmu?”. Həmin ilin noyabrında maliyyəçi Rusiya vizası üçün müraciət edərkən belə yazıb: “Putinin dostu var məndə, onu soruşsam yaxşı olar?”. 2011-ci ilin avqustunda isə o, BƏƏ-dən olan iş adamına məktubunda “Putin ABŞ-yə gələ bilər, mən onunla burada görüşməyi üstün tutardım” ifadəsini işlədib.

Sənədlərə görə, bu mövzu ətrafında ən fəal yazışmalar Avropa Şurasının sabiq baş katibi Turbyörn Yaqlandla aparılıb. Epşteyn 2013-cü ilin mayında Yaqlanda Parisdə keçiriləcək, Bill Qeytsin də iştirak edəcəyi şam yeməyinə “Putinin də dəvət olunduğunu” yazıb. 2014-cü ilin yanvarında isə Yaqlanddan “Putinə izah etməyi” xahiş edib ki, Rusiyaya “bitkoinin daha inkişaf etmiş versiyası” lazımdır. 2017-ci ilin oktyabrında Epşteyn yenidən Yaqlanda müraciət edərək Putinə rəqəmsal valyutalarla bağlı fikirlərini çatdırmağı istəyib. 2018-ci ilin iyununda isə “Putinlə görüşmək istədiyini” və Rusiya xarici işlər naziri Sergey Lavrovla da görüşə hazır olduğunu bildirib.

Açıqlanan sənədlərdən Epşteynlə Putinin faktiki olaraq görüşüb-görüşmədiyi bəlli olmur.

Qeyd edək ki, Ceffri Epşteyn 2008-ci ildə fahişəliyin təşkili işi üzrə təqsirini etiraf edib. 2019-cu ildə isə yetkinlik yaşına çatmayanların cinsi istismarı məqsədilə insan alverində ittiham olunaraq yenidən həbs edilib. Məhkəmə materiallarına əsasən, ən azı 40 azyaşlı qız onun iqamətgahlarında zorakılığa məruz qalıb. Epşteyn 2019-cu ilin avqustunda həbsxanada intihar edib. Onun yaxın silahdaşı Gisleyn Maksvell isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Poliqon.info

Избранный
34
poliqon.info

1Источники