RU

Fənərbaxça və Əl İttihad futbolçularını dəyişə bilər

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Əl-İttihad"ın yarımmüdafiəçisi və N'Qolo Kante "Fənərbaxça"ya keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib. 

Mənbənin sözlərinə görə, klublar mümkün oyunçu mübadiləsi üçün danışıqlar aparırlar. "Fənərbaxça" heyətini Kante ilə gücləndirmək istəyir, "Əl-İttihad" isə mərakeşli hücumçu Yusif En-Nesirinin xidmətində maraqlıdır.  

"Əl-İttihad"ın rəhbərliyi mərakeşli forvardı klubdan birdəfəlik ayrıla biləcək Kərim Benzemanın əvəzedicisi kimi nəzərdən keçirir. 

Qeyd edək ki, bir neçə gün öncə mətbuatda Benzemanın yeni müqaviləsinin şərtlərini alçaldıcı hesab etməsi səbəbindən komandadan ayrıldığı barədə xəbəri yayılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
sport24.az

1Источники