RU

Dövlət qurumu auditor axtarışında - DETALLAR

"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC (VÖEN – 9900042211) kotirovka sorğusu elan edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti audit xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 8 825 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 19 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.

İştirak haqqı 17,65 manat, istifadə haqqı isə 25 manat təşkil edir.

Xidmət üçün tələblər: 31 dekabr 2025-cü il tarixdə başa çatmış il üçün Maliyyə vəziyyəti haqqında hesabatı; 31 dekabr 2025-cü il tarixdə başa çatmış il üçün Məcmu gəlirlər haqqında hesabat; 31 dekabr 2025-cü tarixdə başa çatmış il üçün Kapitalda dəyişikliklər haqqında hesabat; 1. 31 dekabr 2025-cü il tarixdə başa çatmış il üçün Pul vəsaitlərinin hərəkəti haqqında hesabat; 2. Mühüm uçot siyasətləri;Maliyyə hesabatlarına dair izahlı qeydlər 3. 31 dekabr 2025-cü il tarixində başa çatmış il üzrə audit zamanı müşahidə edilmiş məsələlərlə bağlı tövsiyələr məktubu 31 dekabr 2025-cü il tarixdə başa çatmış il üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun auditin keçirilməsi və rəyinin verilməsi.

Əlaqələndirici şəxs: Samir Qənbərov - Maliyyə şöbəsinin rəisi
[email protected]
+994 12 598 31 09

İddiaçılar təkliflərini 19 fevral 2026-cı il tarixinə qədər Süleyman Rüstəm 54, Bakı, Azərbaycan ünvanına təqdim edə bilərlər.

Избранный
24
fed.az

1Источники