İran hakimiyyəti senarist Mehdi Mahmudianı həbs edib.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
"Bu, sadəcə bir qəza idi" (It Was Just an Accident) filminin senarisinə görə bu il "Oscar" mükafatına namizəd olan Mehdi Mahmudian hökumətin etirazlara qarşı sərt tədbirlərinə qarşı çıxdığı üçün saxlanılıb.
Nəşr bildirib ki, "Oscar" mükafatına namizəd olan iranlı senarist hökuməti etirazlara qarşı qəddar tədbirlərinə görə qınayan bəyanat imzaladıqdan sonra bu həftə sonu həbs edilib".
Bəyanatda tanınmış vəkillərin, sənətçilərin və fəalların 17 imzası olub. Mahmudianın və digər imza atanların harada olduğu barədə dəqiq məlumat verilməyib.