RU

ABŞ və İsrailin ali generalları İranla gərginlik fonunda Pentaqonda görüşüblər

BAKI, 2 fevral. TELEQRAF

İran ətrafında gərginliyin artdığı bir vaxtda ABŞ və İsrailin ali hərbi rəhbərləri Vaşinqtonda Pentaqonda qapalı görüş keçiriblər.

Teleqraf xəbər verir ki, "Reuters" agentliyinə anonimlik şərti ilə danışan ABŞ rəsmiləri bildiriblər ki, görüşdə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir iştirak edib. Görüşün detalları açıqlanmayıb və bu barədə daha əvvəl məlumat verilməyib.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı sərt bəyanatları fonunda Vaşinqton Yaxın Şərqdə hərbi-dəniz mövcudluğunu artırıb və hava hücumundan müdafiə sistemlərini gücləndirib. İran rəhbərliyi isə ABŞ-nin mümkün hücumu halında regional münaqişə riski barədə xəbərdarlıq edib.

İsrailin müdafiə naziri İsrael Kats da bazar günü Vaşinqtondakı danışıqlardan sonra Eyal Zamirlə görüşüb. Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər bölgədəki vəziyyəti və İsrail ordusunun “istənilən mümkün ssenariyə” əməliyyat hazırlıq səviyyəsini müzakirə ediblər.

Qeyd edək ki, ABŞ və İsrail rəsmiləri İran ətrafında yaranmış vəziyyətlə bağlı təmasları son günlər intensivləşdiriblər.

Избранный
13
teleqraf.com

1Источники