RU

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

ABŞ prezidenti Donald Tramp hökumətinin, İranla bağlı hər hansı bir qərar qəbul etməkdə nə qədər çətinlik çəkməsi açıq şəkildə ortadadır və bu dalana dirənmiş problemli münaqişə, Ağ Ev administrasiyasını demək olar ki ciddi siyasi "yük" altında saxlamaqdadır.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Bunun səbəbləri müxtəlifdir. Əsas başlıca səbəblərindən biri, İsrail hökumətinin İranla bağlı yürütdüyü siyasətlə bağlıdır və bu siyasətə müxtəlif güclər tərəfindən verilən dəstək Tramp Administrasiyasını çətin duruma düşürüb. Açıq şəkildə Tramp, prezident olaraq İrana qarşı hərbi əməliyyatlara başlamaq və diplomatik əlaqələr qurmaq arasında tərəddüdlər içində qalıb. Hərbi əməliyyatlara başlamaq ABŞ-ın Yaxın Şərq siyasətinə və regional sabitliyə istər siyasi, istərsə də iqtisadi baxımdan ciddi təhlükələr vəd edir" - politoloq deyib.

O, qeyd edib ki, ABŞ prezidenti Tramp, İrana qarşı hərbi əməliyyatlarının istər ABŞ, istərsə də dünya üçün çox ciddi risklərə yol açacağını bilir. Bu baxımdan Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır. Bu İranla yenidən danışıqlar prosesinə başlamaq və eyni zamanda lazım gələrsə tez bir zamanda hərbi əməliyyatlara başlamaq planıdır:

"Heç şübhəsiz ki prezident Tramp, birinci plana daha çox üstünlük verir və ikinci plana isə İsrail daha israrlıdır. Bu baxımdan ikinci plan da istisna deyil və daha çox bu variant dünya mətbuatında tirajlanmaqdadır. Bəli, bu gün məhz İranla bağlı administrasiyasının özündə belə fikir ayrılıqları var. Hərbi əməliyyatları dəstəkləyənlər də az deyil və bunu riskli hesab edənlərlə paralel olaraq. Avropa ölkələrində də vəziyyət eynidir. Onlar da bunun, xüsusilə də iqtisadi ziyanlarından ehtiyyat edirlər və İrana qarşı hərbi əməliyyatlardan ABŞ-ı çəkindirməyə çalışırlar. Xususilə də İngiltərə, Fransa və Almaniya bu istiqamətdə daha çox aktivlik göstərirlər. Baxmayaraq ki, bu istiqamətdə İsrailə dəstək verənlər də var. Brüssel bu səbəbdən İrana diplomatik kanallar vasitəsilə nüvə və təhlükəsizlik məsələləri ilə bağlı rəsmi Tehranı müzakirələr aparmağa çağırır.İsrailin son günlərdə səssizliyi də deməyə əsas verir ki, İrana qarşı hərbi əməliyyatlar yaxın gələcəkdə baş verməyəcək. Cunki, olası müharibə çox risklidir. Bu səbəbdən İran rejiminə qarşı mübarizə uzun vadi də olsa belə, bu yol daha məqbul hesab olunur".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
icma.az

1Источники