RU

“Əl-Hilal” Benzemanı heyətinə qatmaq istəyir

Hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Kərim Benzemanın adı yenidən transfer gündəminə düşüb. Hücumçu ilə ölkənin digər nəhəngi “Əl-Hilal” maraqlanır.

İdman.Biz xəbər verir ki, “Əl-Hilal” Benzemanın mümkün transferi ilə bağlı “Əl-İttihad”a rəsmi müraciət edib. Ciddə təmsilçisi fransız futbolçunun keçidi üçün minimum 25 milyon avro (təxminən 50 milyon AZN) tələb edir.

Mənbənin yazdığına görə, Benzema 2027-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə istəyir. Hücumçunun “Əl-İttihad”la mövcud müqaviləsi isə 2026-cı ilin 30 iyun tarixinədək qüvvədədir.

Bundan əvvəl futbolçunun müqaviləni uzatmaqdan imtina etdiyi və qış transfer pəncərəsində komandadan ayrılacağı barədə məlumatlar yayılmışdı. Benzema ilə Türkiyənin “Beşiktaş” klubunun da maraqlandığı bildirilir.

Bu mövsüm “Əl-İttihad”ın heyətində bütün turnirlərdə 21 oyuna çıxan Kərim Benzema 16 qol vurub. Transfermarkt portalının məlumatına əsasən, fransız hücumçunun bazar dəyəri altı milyon avro (təxminən 12 milyon AZN) təşkil edir.

İdman.Biz
Избранный
14
1
idman.biz

2Источники