RU

KİV: ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə açıq fotoları səhvən yayımlayıb

BAKI, 2 fevral. TELEQRAF

ABŞ Ədliyyə Nazirliyi amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə materialları dərc edərkən səhvən onlarla redaktə olunmamış açıq fotoşəkli yayımlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat verib. Nəşrin yazdığına görə, jurnalistlər dərc olunan faylları nəzərdən keçirərkən mərhum milyarderin şəxsi kolleksiyasına aid olduğu ehtimal edilən təxminən 40 fotoşəkil aşkar ediblər.

Qəzetin iddiasına əsasən, görüntülərdəki şəxslər kifayət qədər gənc təsir bağışlayır, lakin çəkiliş zamanı onların azyaşlı olub-olmaması tam aydın deyil.

Məlumata görə, fotoşəkillərin bir hissəsi Epşteynə məxsus şəxsi adada, o cümlədən çimərlikdə, digərləri isə yataq otaqlarında və müxtəlif qapalı məkanlarda çəkilib.

Redaksiya bu barədə Ədliyyə Nazirliyini məlumatlandırdıqdan sonra qurum əməkdaşları mübahisəli materialları operativ şəkildə silib və ya redaktə edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi pedofiliya ittihamı ilə bağlı Epşteyn işi üzrə sənədlərin ictimaiyyətə açıqlanacağını bildirmişdi.

Избранный
15
2
teleqraf.com

3Источники