RU

Avstraliya “Red Flag Nellis” və “Bamboo Eagle 26-1” təlimlərinə qoşuldu

Bakı. Trend:

Avstraliya “Red Flag Nellis” və “Bamboo Eagle 26-1” hərbi havatəlimlərində iştirak etmək üçün ABŞ-yə altı hərbi təyyarə və220-dən çox pilot göndərib.

Trend xəbər verirki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, Avstraliya Kral Hərbi Hava QüvvələriABŞ və Birləşmiş Krallıqdan olan hərbi pilotların da iştirakedəcəyi hava döyüş təlimləri üçün Nevada ştatındakı Nellis HərbiHava Qüvvələri bazasına altı ədəd "F-35A Lightning II" və "E-7AWedgetail" təyyarəsi, eləcə də 227 pilot göndərib.

Avstraliya kontingentinin komandiri Metyu Deveson qeyd edib ki,tərkibinə yalnız təyyarə heyətləri deyil, həm də taktikikomandanlıq və idarəetmə qrupunu daxil edən kontingent manevrlərzamanı Avstraliya, ABŞ və Böyük Britaniya hərbçiləri ilə birgə“inteqrasiya bacarıqlarını tətbiq etməyi və əsas müttəfiqlər vətərəfdaşlarla qarşılıqlı əlaqə imkanlarını gücləndirməyi”planlaşdırır.

Qeyd edək ki, “Red Flag Nellis” və “Bamboo Eagle” təlimləriyüksək texnologiyalı münaqişələrə hazırlıq məqsədi daşıyan və ABŞilə müttəfiqlərinin iştirakı ilə keçirilən ən iri hava qüvvələrimanevrləri hesab olunur.

Избранный
21
az.trend.az

1Источники