RU

Dəniz kirpisi axtararkən 417 milyon manatlıq xəzinə tapdı

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Taylandda bir balıqçı dəniz kənarında gəzərkən tapdığı qəribə maddənin dünyanın ən bahalı təbii maddələrindən biri olan "Ənbər" (Ambergris) olduğunu öyrənəndə şoka düşüb.

Milli.Az xəbər verir ki, Taylandın cənubunda yaşayan Narong Phetcharaj adlı balıqçı sahil boyu dəniz kirpisi axtararkən dalğaların sahilə atdığı böyük və qaya parçasına bənzər bir kütlə görüb. O, bunun adi bir daş olmadığını hiss edərək 30 kiloqramlıq kütləni evinə aparıb.

Laboratoriya analizləri nəticəsində məlum olub ki, bu tapıntı Kaşalot balinasının həzm sistemində yaranan və "Ənbər" adlanan maddədir.

Balinalar yedikləri sərt qidaları (məsələn, osminoq dimdiklərini) həzm edə bilmədikdə, bağırsaqlarını qorumaq üçün bu maddəni ifraz edirlər.

Ənbər ətriyyat sənayesində ətirlərin qoxusunun qalıcı olmasını təmin edən ən nadir və bahalı inqrediyentdir.

Tapılan 30 kiloqramlıq ənbərin bazar dəyərinin təxminən 417 milyon Tayland bahtı (təxminən 12 milyon dollar və ya 20 milyon manatdan çox) olduğu bildirilir. Balıqçı bir anda ölkənin ən zəngin adamlarından birinə çevrilib.

Ənbərin həqiqi olub-olmadığını yoxlamaq üçün balıqçı onun bir parçasını alışqanla yandırıb. Həqiqi ənbər istidə dərhal əriyir və özünəməxsus xoş qoxu yaymağa başlayır.Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
1
news.milli.az

10Источники