Son dövrlər psixi sağlamlıqla bağlı aparılan araşdırmalar antidepressantlara alternativ yanaşmaları ön plana çıxarır.
Publika.az xəbər verir ki, alimlərin son tədqiqatına əsasən, düzgün dozada qəbul edilən vitamin D və Omega-3 yağ turşuları bəzi hallarda depressiv əlamətlərin azalmasında klassik dərmanlardan geri qalmır.
Araşdırmada qeyd olunur ki, xüsusilə orqanizmində vitamin D çatışmazlığı olan insanlarda bu vitaminin əhval-ruhiyyəyə təsiri daha güclü hiss olunur. Mütəxəssislər bildirirlər ki, vitamin D səviyyəsinin normallaşması enerji artımı, motivasiyanın yüksəlməsi və depressiya əlamətlərinin zəifləməsi ilə müşayiət oluna bilər.
Omega-3 yağ turşuları isə “beynin yanacağı” kimi xarakterizə olunur. Bu maddələr neyronlar arasında əlaqəni gücləndirir, serotonin və dopamin kimi “əhval hormonları”nın sintezini dəstəkləyir. Nəticədə insan özünü daha sakit, balanslı və psixoloji baxımdan stabil hiss edir.