RU

Rusiya Ukraynada mədən işçilərini daşıyan avtobusa zərbə endirib, 15 nəfər ölüb, 16 yaralı var - YENİLƏNİB

Rusiya ordusu Dnepropetrovsk bölgəsində enerji işçilərinə qarşı hədəflənmiş hava hücumu nəticəsində xəsarət alanların sayı 16-ya yüksəlib.

APA xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan 14 nəfər xəstəxanadadır, onların yeddisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, h​​​​​​Hücum nəticəsində 15 mədən işçisi həlak olub.


***
20:17

Rusiya ordusu Dnepropetrovsk bölgəsində enerji işçilərinə qarşı hədəflənmiş hava hücumu həyata keçirib.

APA xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

Məlumata görə, Rusiya dronları Dnepropetrovsk bölgəsinin Pavloqrad rayonundakı Ternovska mədəni yaxınlığında enerji şirkətinə məxsus xidməti avtobusa zərbə endirib.

Hücum nəticəsində 15 mədən işçisi həlak olub, daha 7 nəfər yaralanıb.

Избранный
20
3
apa.az

10Источники