“Oyunda fərqlənmək çox gözəl hissdir.
İlk qolu vurmaq bizim üçün böyük üstünlük oldu.
Bu qol komandaya əlavə inam və motivasiya verdi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın futbolçusu Arsen Ağcabəyov bildirib.
Müdafiəçi “Kəpəz” üzərində onun qolu ilə təməli qoyulan 2:0 hesablı qələbəni belə şərh edib:
“Oyun ərzində rahatlaşmağa vaxtımız yox idi. “Kəpəz” yaxşı müdafiə olunurdu və hər dəqiqəni maksimum diqqətlə oynamalı idik.
Bu qələbə bizim üçün çox önəmli idi, çünki əvvəlki turda “Qəbələ”yə məğlub olmuşduq. Həmin məğlubiyyətdən sonra toparlanıb, məşqlərdə taktiki və fiziki hazırlığımızı daha da artırdıq.
Komanda olaraq bir-birimizə dəstək olduq və nəticədə istədiyimiz qələbəni qazandıq. Hər qol, hər müdafiə hərəkəti komandamızın ruhunu yüksəltdi və bir-birimizə inamımızı artırdı”.