RU

Tramp: Venesuela ABŞ-nin 53-cü ştatı ola bilər

ABŞ Prezidenti Donald Tramp "Alfalfa" klubunun illik şam yeməyində Venesuelanın Amerikanın 53-cü ştatı ola biləcəyini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə tədbirdə iştirak edənlərin sözlərinə istinadən "The Washington Post" məlumat yayıb.

Qəzet qeyd edib ki, tədbir KİV üçün qapalı olub, təxminən 200 iştirakçıya iki qonaq gətirməyə icazə verilib və hamı yanvarın sonuncu şənbə günü "Capital Hilton" otelində toplaşıb.

Nəşr vurğulayıb ki, ABŞ lideri bunu "zarafatla" söyləyib:

"Biz Qrenlandiyaya hücum etməyə hazırlaşmırıq. Biz onu almaq istəyirik. Mənim heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək niyyətim olmayıb. Mən 51-ci ştat kimi Kanadanı görmək istəyirəm. Qrenlandiya 52-ci, Venesuela isə 53-cü ştat ola bilər".

Избранный
8
2
ikisahil.az

3Источники