RU

Azərbaycanda uşaqların cırlaşmasının səbəbi bilindi

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda uşaqların fiziki inkişafı və boy artımı ilə bağlı son illər müşahidə edilən mənfi tendensiya cəmiyyətdə ciddi suallar doğurur.Demokrat.az xəbər verir ki, müasir tibb elmi uşağın boyunun yalnız genetikadan asılı olmadığını, genetik potensialın reallaşması üçün qidalanma, həyat tərzi və hormonal balansın vəhdət təşkil etməsinin vacibliyini sübut edir.Məsələ ilə bağlı pediatr Arzu Şıxhəmzəyeva bildirib ki, hazırda Azərbaycanda uşaqlar arasında boyun qısa qalması və cırlaşma halları nəzərəçarpacaq dərəcədə artıb. O qeyd edib ki, bu problemin kökündə dayanan ən başlıca amil uşaqların düzgün və balanslı qidalanmamasıdır. Pediatrın sözlərinə görə, bir çox uşaqlar orqanizmin inkişafı üçün zəruri olan zülal, kalsium, dəmir, sink və D vitamini ilə kasad qidalanır. Xüsusilə fastfud məhsullarının və paketlənmiş qidaların həddindən artıq istifadəsi sümük inkişafına birbaşa mənfi təsir göstərir.Arzu Şıxhəmzəyeva vurğulayıb ki, Azərbaycanın günəşli iqlimə malik olmasına baxmayaraq, uşaqlar arasında D vitamini çatışmazlığı hələ də geniş yayılıb və bu, sümük böyüməsini ciddi şəkildə ləngidir. Bununla yanaşı, xroniki xəstəliklər, xüsusilə bağırsaqlarda sorulma pozğunluqları və tez-tez keçirilən infeksion xəstəliklər orqanizmin bütün enerjisini sağalmağa yönəltdiyi üçün boy artımı arxa plana keçir.Hormonal faktorların əhəmiyyətinə toxunan ekspert bildirib ki, böyümə hormonu və qalxanabənzər vəz xəstəlikləri boyun inkişafında mühüm rol oynayır:“Bəzi uşaqlarda erkən və ya gecikmiş cinsi inkişaf boyun qısa qalmasına səbəb olur. Az fiziki aktivlik və oturaq həyat tərzi böyümə hormonunun ifrazını azaldır. Psixoloji stress və ailədaxili gərginlik də uşağın inkişafına mənfi təsir edə bilər. Genetik faktorlar rol oynasa da, bütün halları bununla izah etmək olmaz. Buna görə də boy artımı ləngiyən uşaqlar vaxtında pediatr və endokrinoloq tərəfindən müayinə olunmalıdır”.Uşaqların fiziki sağlamlığı təkcə fərdi deyil, həm də milli genofondun qorunması baxımından strateji əhəmiyyət kəsb edir. Cırlaşma problemi gələcək nəsillərin fiziki dözümlülüyünə və ümumi sağlamlıq göstəricilərinə təsir edən ciddi siqnaldır. Bu səbəbdən valideynlərin uşaqların yuxu rejiminə, aktiv idmanla məşğul olmasına və ekran asılılığından uzaq durmasına nəzarət etməsi vacibdir.Qeyd edək ki, uşağınızda həmyaşıdlarından geri qalma müşahidə edirsinizsə, "genetikdir" deyib keçmədən mütləq qan analizi və hormonal müayinələrdən keçməyiniz tövsiyə olunur.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
59
demokrat.az

1Источники