RU

"Öyrədərək Öyrənirik” İctimai Birliyi gənclərin inkişafı üçün yeni layihələr icra edir - AÇIQLAMA

Təşkilatımız 2014-cü ildən fəaliyyət göstərir və bu müddət ərzində müxtəlif mövzularda 30-dan çox layihə həyata keçirmişdir. Əsas fəaliyyət istiqamətimiz gənclərin intellektual inkişafına yönəlmişdir. Bu məqsədlə intellektual oyunlar, sərgilər və müxtəlif müsabiqələr təşkil etmişik.

Bu sözləri "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Tükəzban Süleymanova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bununla yanaşı, gənclərin şəxsi inkişafı, yumşaq bacarıqların formalaşdırılması istiqamətində də tədbirlər həyata keçirilmişdir. Sağlam həyat tərzinin təşviqi, narkomaniyaya qarşı mübarizə, zərərli dini təriqətlərə qarşı maarifləndirmə mövzusunda layihələrimiz olmuşdur:

"Son illərdə yeni trendlərə uyğunlaşmaq məqsədilə fəaliyyətimizi qismən yeniləmişik. Süni intellekt və informasiya texnologiyalarından istifadə etməklə müxtəlif mövzuların vizuallaşdırılması istiqamətində animasiya filmləri və sosial media layihələri hazırlamışıq. 2025-ci ildə bu sahədə xüsusi bir layihə icra etmişik və bu barədə ictimaiyyətə məlumatlar təqdim olunmuşdur. Gələcək illərdə də həm intellektual oyunlar, həm də müasir texnologiyalarla bağlı layihələrimizi davam etdirməyi planlaşdırırıq. Məqsədimiz gənclərin bilik və bacarıqlarının artırılması, onların müasir dövrün tələblərinə uyğun inkişafına töhfə verməkdir".

 

Pərvanə Fərhadqızı

Избранный
40
qht.az

1Источники