RU

Uğurlu gənc necə formalaşır? AÇIQLAMA

Uğurlu gənc hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq müəyyən xüsusiyyətlərə malik olmalıdır. Birinci növbədə, o məqsədyönlü olmalıdır. Qarşısında aydın hədəflər qoymalı və bu hədəflərə çatmaq üçün ardıcıl şəkildə çalışmalıdır.

Bu sözləri "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Tükəzban Süleymanova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, ikinci əsas xüsusiyyət çalışqanlıqdır. Müasir dövrdə dünya sürətlə dəyişir və gənc bu dəyişikliklərə uyğunlaşaraq özünü daim inkişaf etdirməlidir:

"Yeni bilik və bacarıqlar əldə etmək onun uğurunun əsas şərtlərindən biridir. Digər mühüm amil şəbəkələşmədir. Gəncin ətrafında məqsədyönlü, inkişaf edən və onu dəstəkləyən mühitin olması uğura gedən yolu daha da asanlaşdırır. Eyni məqsədləri olan insanlarla əməkdaşlıq etmək gəncin potensialını daha da artırır".

 

Pərvanə Fərhadqızı

Избранный
38
qht.az

1Источники