Bakı. Trend:
Danimarkanın kişilərdən ibarət həndbol seçməsi Avropaçempionatının qalibi olub.
Trend xəbər verirki, danimarkalılar final görüşündə Almaniya yığmasını 34:27 hesabıilə məğlub ediblər.
Bununla da Danimarka komandası üçüncü dəfə Avropa çempionu adınasahib çıxıb.
Final qarşılaşmasını Almaniyanın kansleri Fridrix Merts vəDanimarkanın Baş naziri Mette Frederiksen birgə izləyiblər.
Üçüncü yer uğrunda oyunda isə Xorvatiya seçməsi İslandiyanı34:33 hesabı ilə məğlub edib.
Danimarka, Norveç və İsveçin birgə ev sahibliyi etdiyiçempionatda 24 komanda altı qrupda mübarizə aparıb.
Qeyd edək ki, həndbol üzrə Avropa çempionatı iki ildən birkeçirilir. Növbəti çempionat 2028-ci ildə Portuqaliya, İspaniya vəİsveçrədə təşkil olunacaq.