RU

FT: Si Tsinpin yuanın qlobal ehtiyat valyutasına çevrilməsini istəyir...

Çin lideri güclü milli valyuta üçün yeni maliyyə arxitekturasının qurulmasının vacibliyini vurğulayıb..

Poliqon xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Tsinpin yuanın qlobal ehtiyat valyutasına çevrilməsinin zəruriliyini bəyan edib. Financial Times yazır ki, bu çağırış Çin liderinin milli valyuta ilə bağlı ambisiyalarını indiyədək ən açıq və konkret formada ifadə etməsi kimi qiymətləndirilir.

Qəzetin qeyd etdiyi kimi, Çin rəhbərliyi uzun illərdir yuanın beynəlxalq mövqeyinin gücləndirilməsinə çalışır. Lakin Si Tsinpinin Çin Kommunist Partiyasının aparıcı ideoloji nəşri olan “Çyuşi” jurnalında dərc olunan məqaləsi onun əsas məqsədini, “güclü valyuta”nın yaradılmasını və bunun üçün Pekinin formalaşdırmalı olduğu daha geniş maliyyə təməllərini aydın şəkildə ortaya qoyub.

Si Tsinpin yazıb ki, bu məqsədə çatmaq üçün effektiv pul-kredit siyasəti yürütmək qabiliyyətinə malik “güclü mərkəzi bank”, qlobal miqyasda rəqabətə davamlı maliyyə institutları, həmçinin “qlobal kapitalı cəlb edə və dünya qiymətlərinə təsir göstərə bilən” beynəlxalq maliyyə mərkəzləri formalaşdırılmalıdır. Çin liderinin fikrincə, yalnız bu cür institusional baza yuanın beynəlxalq etimad qazanmasına və ehtiyat valyuta statusuna yüksəlməsinə imkan verə bilər.

Məqalənin dərc olunması qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artdığı bir dövrə təsadüf edir. ABŞ dollarının zəifləməsi, Federal Ehtiyat Sistemində rəhbərliyin dəyişməsi, eləcə də artan geosiyasi və ticarət gərginliyi bir çox mərkəzi bankları dollar aktivləri ilə bağlı risklərini yenidən qiymətləndirməyə vadar edib.

The Asia Group-un Çin üzrə direktoru Han Şen Lin bu prosesi şərh edərək bildirib ki, Pekin yuanın ciddi qlobal valyutaya çevrilməsini istəyir, lakin məqsəd dolları bir anda əvəzləmək deyil. Onun sözlərinə görə, Çin yuanı parçalanmış qlobal maliyyə sistemi şəraitində ABŞ-nin təsirini məhdudlaşdıra bilən strateji əks-çəkı kimi görür.

Poliqon.info

Избранный
44
poliqon.info

1Источники