RU

Sabirabadda 27 yaşlı qadın dəm qazından boğularaq ölüb

Sabirabad rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şəhərin Hüseyn Cavid küçəsində yerləşən yaşayış evlərindən birində baş verib.

1999-cu il təvəllüdlü Ələkbərova Seydanə Mirələkbər qızı hamamda olarkən dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Избранный
16
1
anews.az

2Источники