RU

MMA döyüşçümüz Məhəmmədəli Nuruşov növbəti qələbəsini qazanıb - VİDEO

Azərbaycan MMA döyüşçüsü Məhəmmədəli Nuruşov Özbəkistanda keçirilən qarşılaşmada növbəti qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, Nuruşov Daşkənd şəhərində keçirilən “Octagon 84” turnirində özbəkistanlı Şaxzod Qolda Uzoqov ilə üz-üzə gəlib. Döyüş birinci raundda texniki nokautla başa çatıb və qələbə Azərbaycan təmsilçisinə qismət olub.

Bu nəticə ilə Məhəmmədəli Nuruşov peşəkar karyerasında ikinci qələbəsini əldə edərək rekordunu 2-0-a yüksəldib. Şaxzod Uzoqov isə ilk rəsmi məğlubiyyətini alıb (0-1).

Qeyd edək ki, bu qarşılaşma döyüşdən əvvəl tərəflər arasında yaşanan gərginlik və sosial şəbəkələrdə yayılan görüntülər səbəbindən azarkeşlər tərəfindən böyük maraqla gözlənilirdi.

İdman.Biz
Избранный
22
1
idman.biz

4Источники