RU

Qurbanovdan qoldakı ofsayd şübhəsi ilə bağlı AÇIQLAMA

Bu gün Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində “Qarabağ” doğma meydanda “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

“Vacib bir qələbə qazandıq. Möhkəm bir komandaya qarşı oynayırdıq. Oyunçularım xarakter göstərdilər. belə qarşılaşmalarda oyunu ələ almaq elə də asan deyil. Hər bir pauza, hər bir cərimə zərbəsi rəqibin üstülüyü demək idi. Hər bir halda futbolçularım qalib gəlmək üçün əllərindən gələni etdilər”.

– Adətən Avropadakı səfər matçlarından sonra Premyer Liqada 2-ci heyətlə meydana çıxırsız. Lakin bu matçda bunu görməməyimiz çempionluq yarışındakı ciddi rəqabətin olduğu anlamına gəlirmi?

– Bəli, bu hallar çox olur. Baxmayaraq ki, Liverpuldan 6 saatlıq yol gəlmişdik. Yorğunçuluq var idi. Mənim qorxum bu qrafikdə zədə ilə bağlı idi. Şükürlər olsun ki, zədə baş vermədi. Əvvəllər də səfər matçlarından sonra əsas heyətlə oynamışıq.

Избранный
23
publika.az

1Источники