"Turan Tovuz" Misli premyer-liqasının 18-ci tur matçında "Qarabağ"a uduzdu - 0:1.
"Football-plus.az" xəbər verir ki, "bozqurd" oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- İlk növbədə "Qarabağ"ı avrokuboklardakı uğurlu çıxışına görə təbrik edirəm. Bu bütün Azərbaycan futbolunun uğurudu. "Qarabağ" da lider kimi layiqincə bizi təmsil edir. Bu gün keçirilən matç barədə isə onu deyə bilərəm ki, ikinci hissədəki çıxışımızdan müəyyən qədər razı qaldım. Ümumilikdə isə məyusedici məğlubiyyət oldu. Sonda imkanlar var idi, lakin bacarmadıq.
- Burdan xal və ya xallarla qayıtmaq üçün nə çatmadı?
- İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik və istədiklərimizi reallaşdıra bilmədik.
- "Qarabağ"ın vurduğu qoldan sonra məşqçilər heyəti olaraq narazılığınız oldu. Bu nə ilə bağlı idi?
- Etiraz oyundankənar vəziyyətlə bağlı idi. Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi. Hər matçda göstərirdi, bu matçda göstərmədi. Bu məğlub olduğumuza görə bəhanə deyil.
- Stadionunuzun hazır olmaması və yerdəyişmələr oyununuza təsir edirmi?
- Təbii ki, təsir edir. Öz meydançamız hazır olanda, azarkeşlərimizlə birgə daha yaxşı nəticə verə bilərik.
- Yeni hücumçudan gözləntiləriniz nədi?
- Vaxt lazımdı. Düşünürəm ki, bizə kömək edəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта