RU

"Qərb heç vaxt Rusiya ilə Çin arasında nifaq sala bilməyəcək" - Şoyqu

"Qərb Rusiya ilə Çin arasında nifaq salmağa çalışır, lakin bunu heç vaxt edə bilməyəcək".

Redaktor.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlardan sonra bildirib.

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti onun sözlərini sitat gətirib:

"Qərb ölkələrimiz arasında strateji ittifaqda nifaq salmağı xəyal edir. Bir daha qeyd etmək istəyirəm ki, Moskva və Pekin boş oturub heç bir qərəzli iddiaya dözməyəcəklər".

Şoyqunun sözlərinə görə, görüş çox vaxtında baş tutub.

"Görürük ki, Qərb ölkələri öz hərəkətlərini Rusiya və Çin təhdidi ilə əsaslandırmağı bir qayda halına gətiriblər", - deyə o bildirib və əlavə edib ki, iki ölkə arasında xarici siyasət koordinasiyasının səviyyəsi "ənənəvi olaraq yüksəkdir".

Aminə ŞAHSUVARQIZI

Избранный
14
redaktor.az

1Источники