Bakı. Trend:
İsveçrənin Krans-Montana kurortunda barda baş verən yanğınnəticəsində ölənlərin sayı 41-ə çatıb.
Trend xəbər verirki, məlumatı "Blick" qəzeti yayıb.
Qəzetin məlumatına görə, 18 yaşlı İsveçrəli qadın yanvarın 31-dəSürix xəstəxanasında yanıqlardan vəfat edib.
Xatırladaq ki, yanvarın 1-nə keçən gecə İsveçrənin mərkəzindəkiməşhur xizək kurortu Krans-Montanadakı Le Constellation barındayanğın baş verib. Yanvarın 2-də polis 40 nəfərin ölümünütəsdiqləmiş və 119 nəfərin yaralandığını bildirmişdi.