RU

Əmiləri tərəfindən baltalanan yeniyetmələrdən biri ölüb - YENİLƏNİB

Cəlilabad rayonunda əmisi tərəfindən balta ilə xəsarət yetirilən qız xəstəxanada ölüb.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva həkimlərin bütün səylərinə baxmayaraq yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Mərhumun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

19:49

Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Bakıvaxtı.az-a verdiyi məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.

"01.02.2026-cı il tarixində saat 17:00 radələrində xəsarət alması səbəbilə 2 nəfər (1-i qadın, 1-kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Hər iki şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir", - xəstəxanadan bildirilib.

***

18:20

Cəlilabadda balta xəsarəti alan yeniyetmələrin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, onlar rayonun Uzuntəpə kənd sakinləri - 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan medianın sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə. Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

18:17

Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində kənd sakini əmi şəxsi münasibətlər zəminində qardaşı uşaqlarına balta ilə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq aparılır.

Избранный
25
4
bakivaxti.az

6Источники