RU

Sərgən Yalçından Rafa Silva ilə bağlı yeni açıqlama

''Beşiktaş''ın baş məşqçisi Sərgən Yalçın bu yaxınlarda bu klubdan ayrılaraq vətəni Portuqaliyaya qayıdan və ''Benfika'' ilə anlaşan Rafa Silva haqda yeni açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, 32 yaşlı ulduz futbolçu noyabrdan etibarən məşqlərə və oyunlara çıxmaqdan imtina edirdi. İstanbul nəhəngi havayı transfer etdiyi bu yarımmüdafiəçini sonda 7 milyon avroya satdı.

Sərgən Yalçın ''Konyaspor''u 2:1 məğlub etdikləri son matçın ardından bunları deyib:
''Rafa Silva ilə bağlı olay mənim ilk dönəmimdə Abubakar ilə yaşadığımız olaydan daha betərdi. Mən indiyə qədər bu cür hərəkət edən futbolçu görməmişdim. Komandanın ən bahalı oyunçusu birdən-birə bizə oyunlara və məşqlərə çıxmayacağını dedi. Bəziləri mənim bu olayı yaxşı idarə etmədiyimi söyləyirlər. Bunu hardan bilirsən? Komandanın içində idinmi? Belə hadisə olduqda futbolçu ilə dil tapa bilmirsənsə, artıq onu göndərmək lazımdı. Rafa Silvada 20 milyon avroya yaxın irəli düşmüşük. Bu da gələcək üçün önümüzü açıb. Rafanı çağırıb üzbəüz söhbət etdim. ''Sən bizim ən yaxşı oyunçumuzsan, sənə ehtiyacımız var'' dedim. Az qala özüm inanmadığım sözləri deməli oldum. Amma yenə də xeyri olmadı''.
Избранный
24
football-plus.az

1Источники